Azadsöz.az xəbər verir ki, 23 oktyabr tarixində Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Yaşıllaşdırma Sahəsinin işçi kollektivi tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Heydər Əliyev mərkəzinin qarşısına 150 ədəd viola dekorativ gülün əkilməsi işlərinə başlanıb.
Əkilməsi nəzərdə tutulan ərazinin torpaq örtüyü hamarlanıb, çalalar qazılıb və digər zəruri hazırlıq işləri görülüb.
Daha sonra əkilməsi həyata keçirilib. Yeni əkilən güllər suvarılıb və aqrotexniki qulluq göstərilib.
Ağac və gül kollarının əkilməsi aksiyası növbəti günlərdə də davam etdiriləcəkdir.
Xatırladaq ki, 18-27 oktyabr tarixlərində Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarlarına ümumilikdə 10000 ədəd müxtəlif növ ağac və gül kollarının əkilməsi nəzərdə tutulmuşdur.
Gülşən Muradova
Zəka Nağıyev
Arif Heydərov