Azadsöz.az xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Göyçay rayonunda silsilə tədbirlər davam etdirilir.
24 oktyabr 2024-cü il tarixində Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Yaşıllaşdırma Sahəsinin işçi kollektivi tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində rayonun N.Nərimanov və M.Ə.Rəsulzadə küçələrinin kəsişməsində yerləşən Sabir bağına 44 ədəd viola dekorativ gülün əkilməsi işlərinə başlanıb.
Əkilməsi nəzərdə tutulan ərazinin torpaq örtüyü hamarlanıb, çalalar qazılıb və digər zəruri hazırlıq işləri görülüb.
Daha sonra əkilməsi həyata keçirilib. Yeni əkilən güllər suvarılıb və aqrotexniki qulluq göstərilib.
Bu gün rayonun müəyyən olunmuş ərazilərinə ümumilikdə 100 ədəd dekorativ gül əkilib.
Ağac və gül kollarının əkilməsi aksiyası növbəti günlərdə də davam etdiriləcəkdir.
Xatırladaq ki, 18-27 oktyabr tarixlərində Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarlarına ümumilikdə 10000 ədəd müxtəlif növ ağac və gül kollarının əkilməsi nəzərdə tutulmuşdur.
Gülşən Muradova
Zəka Nağıyev
Arif Heydərov