22 Noyabr 2024 11:18

“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Göyçay Rayon İcra Hakimiyyətinin qarşısına dekorativ güllər əkildi-FOTO

Göyçay rayonunda Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq rayonda  dekorativ güllərin əkilməsi  davam  etdirilir.

Azadsöz.az xəbər verir ki, 24 oktyabr  tarixində Göyçay  Rayon İcra Hakimiyyəti yanında  Şəhər Təsərrüfatı Birliyinin  Yaşıllaşdırma  Sahəsi  tərəfindən  “Yaşıl dünya naminə həmrəylik ili”  ilə  əlaqədar rayon İcra Hakimiyyətinin  binasının  qarşısına biola  dekorativ  gülün  əkilməsi işlərinə   başlanıb.

Əkilməsi  nəzərdə  tutulan  güllərin  yerləri müəyyənləşdirilib, çalalar qazılıb və digər zəruri hazırlıq görülüb.

Daha sonra  əkilməsi həyata  keçirilib.Yeni əkilən güllər  suvarılıb və aqrotexniki qulluq göstərilib.

Qeyd  edək ki, rayon İcra Hakimiyyəti  binasının  qarşısına  30 ədəd dekorativ  gül əkilib.

Bu gün rayonun müəyyən olunmuş  ərazilərinə ümumilikdə  100 ədəd  dekorativ gül əkilib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ağac və gül kollarının əkilməsi  aksiyasının məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.

Ağac və gül kollarının əkilməsi aksiyası növbəti günlərdə də davam etdiriləcəkdir.

Xatırladaq ki, 18-27 oktyabr tarixlərində Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarlarına ümumilikdə 10000 ədəd müxtəlif növ ağac və gül kollarının əkilməsi nəzərdə tutulmuşdur.

 

Gülşən Muradova

Zəka  Nağıyev

Arif  Heydərov

 


 

 

 

 

 

 

 

 

İstanbul trv istanbul travestileri