22 Noyabr 2024 11:41

Növbəti ağacəkmə aksiyası Natavan küçəsində keçirilib-FOTOLAR

Azadsöz.az xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Göyçay rayonunda silsilə tədbirlər davam etdirilir.

Oktyabrın 17-dən başlanan  ağacəkmə  aksiyası  bu gün  Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay  rayon Natavan küçəsində olub. 

Aksiyada  Göyçay Rayon İcra Hakimiyyətinin başçısı aparatının, Statistika və Bələdiyyə idarəsinin, şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin və  Şəhər Təsərrüfatı Birliyinin əməkdaşları  iştirak  ediblər.

Əkilməsi  nəzərdə  tutulan  ağacların  yerləri müəyyənləşdirilib, çalalar qazılıb və digər zəruri hazırlıq  görülüb.Daha  sonra 367 ədəd  şam  ağacının  əkilməsi  işləri  həyata  keçirilib.Yeni əkilən şam  ağaclarının küləkdən qorunması üçün dirəklər basdırılıb, suvarılıb. Bu gün rayonun müəyyən olunmuş  ərazilərinə ümumilikdə 1367 ədəd müxtəlif növ ağac əkilib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasının məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.

Ağacəkmə aksiyası növbəti günlərdə də davam etdiriləcəkdir.

Qeyd edək ki, 18-27 oktyabr tarixlərində Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarlarına ümumilikdə 10000 ədəd müxtəlif növ ağac və gül kollarının əkilməsi nəzərdə tutulmuşdur.


Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev

Arif  Heydərov


 

İstanbul trv istanbul travestileri