Azadsöz.az xəbər verir ki, Göyçay rayonunda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar bu gün Qaraməryəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisinin keçən hissəsində ağacəkmə aksiyası keçirilib.
Əkilməsi nəzərdə tutulan ağacların yerləri müəyyənləşdirilib, çalalar qazılıb və digər zəruri hazırlıq görülüb.Daha sonra 770 ədəd şam ağacının əkilməsi işləri həyata keçirilib.Yeni əkilən şam ağaclarının küləkdən qorunması üçün dirəklər basdırılıb, suvarılıb. Bu gün rayonun müəyyən olunmuş ərazilərinə ümumilikdə 1367 ədəd müxtəlif növ ağac əkilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasının məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.
Ağacəkmə aksiyası növbəti günlərdə də davam etdiriləcəkdir.
Qeyd edək ki, 18-27 oktyabr tarixlərində Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarlarına ümumilikdə 10000 ədəd müxtəlif növ ağac və gül kollarının əkilməsi nəzərdə tutulmuşdur.
Səbuhi Eltonlu
Gülşən Muradova
Zəka Nağıyev
Arif Heydərov