23 Oktyabr 2024 19:22

Şabranda ov edən şəxs saxlanıldı

Azadsoz.az xəbər verir ki, Şabranda polis tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayon ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən R.Ağayev saxlanılıb.

Həmin şəxsdən 1 ədəd ov silahı, həmin silaha məxsus patronlar və qanunsuz olaraq ovlanmış çöl quşları aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

404 Not Found

404

Not Found

The resource requested could not be found on this server!