Azadsöz.az xəbər verir ki, Azərbaycan Ordusunda 2024-cü ilin hazırlıq planına uyğun olaraq, silah, döyüş və xüsusi texnikanın payız-qış mövsümündə istismar rejiminə keçirilməsi üzrə kompleks tədbirlər icra edilir.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, hərbi hissələrdə silah və texnikanın payız-qış mövsümündə fasiləsiz və düzgün istismarını təmin etmək məqsədilə bölmələr mərkəzləşdirilmiş qaydada yanacaq-sürtgü materialları, həmçinin digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin olunur.
Kompleks tədbirlər çərçivəsində texnikanın yanacaq-sürtgü materialları mövsümə uyğun dəyişdirilir, həmçinin elektrik və hidravlik sistemlərin istismara yararlılığı yoxlanılır.