07 Oktyabr 2024 18:24

Qusarda ferma ərazisində yanğın baş verib

Azadsöz.az xəbər verir ki, rayonunun Düztahir kəndində ferma ərazisində yanğın hadisəsi baş  verib.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Qusar Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Bildirilir ki, ferma ərazisində ümumi sahəsi 600 m² olan metal konstruksiyalardan ibarət talvarın altında yığılan 240 ton ot bağlaması və talvarın yaxınlığında yığılan 272 ton ot bağlaması yanıb. Yüksək temperaturdan sahəsi 840 m² olan tövlənin 6 ədəd plastikdən ibarət pəncərəsi əriyib.

Fermanın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

grandpashabet alefbahis istanbul travesti