07 Oktyabr 2024 18:19

Siyəzən sakinində narkotik vasitə aşkarlandı

Azadsöz.az xəbər verir ki, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı rayon sakini Sabir Məhərrəmov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan  verilən məlumata görə, həmin şəxsdən narkotik vasitə olan heroin, marixuana və psixotrop maddə metamfetamin aşkarlanıb.

Məhkəmənin qərarı ilə S.Məhərrəmovun barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

 

grandpashabet alefbahis istanbul travesti