Azadsöz.az xəbər verir ki, Tərtər şəhərində 6 otaqlı evdə yanğın hadisəsi baş verib.
Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Tərtər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.
Bildirilir ki, ümumi sahəsi 240 m² olan (hər mərtəbəsi 120 m²) ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və içərisində olan ev əşyaları 144 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.