Azadsöz.az xəbər verir ki, “Sabah” basketbol komandasının Avropa Kubokundakı sonuncu rəqibi və oyunlarının təqvimi dəqiqləşib.
Bakı klubu Belçika təmsilçisi “Spirou” ilə də üz-üzə gələcək.
FIBA Avropa kubokunun G qrupunda yer alacaq “Sabah”ın digər rəqibləri
Yunanıstanın “Marussi” və İsveçin “Norrçepinq Dolfins” klublarıdır.
Paytaxt klubu oktyabrın 9-da “Spiru”nun qonağı olacaq. “Bayquşlar” oktyabrın 16-da “Norrçepinq Dolfins”i, 30-da “Spiru”nu qəbul edəcək.
Rimas Kurtinaytisin baş məşqçisi olduğu komanda noyabrın 6-da səfərlə “Marussi” ilə, 13-də “Norrçepinq Dolfins”lə qarşılaşacaq.