19 Sentyabr 2024 20:35

Qızıl medal qazanan millimiz Vətənə dönüb

Azadsöz.az xəbər verir ki,  Portuqaliyanın Gimaraeş şəhərində akrobatika üzrə yaş qruplarında ümumdünya yarışlarında qızıl medal qazanan millimiz Vətənə dönüb.

İdmançılar Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Gimnastika Federasiyasının üzvləri, idman ictimaiyyəti, ailə üzvləri və yaxınları tərəfindən alqışlarla qarşılanıblar.

13-19 yaşlı idmançılar arasında keçirilən yarışda Nəzrin Zeyniyeva, Zöhrə Rəşidova və Anahitə Bəşirlidən ibarət Azərbaycan qadın qrupu finalda uğurlu çıxış edib.

Gimnastlarımız ən yaxın izləyiciləri – İsrail və Portuqaliyadan olan rəqiblərini qabaqlayıblar

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com