Azadsöz.az xəbər verir ki, Özbəkistan Cüdo Federasiyasının prezidenti Azizjon Komilov cüdo üzrə milli komandalar üçün təlim-məşq mərkəzində olub.
Qonaq təlim-məşq mərkəzində idmançılar üçün yaradılmış müasir şəraitlə tanış olub.
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli və icraçı vitse-prezident Rəşad Rəsullu Komilova federasiyanın ölkəmizdə cüdo idman növünün inkişafı üçün həyata keçirdiyi işlər və layihələr haqqında məlumat veriblər. Görüş zamanı qarşılıqlı təcrübə mübadiləsi, birgə təlim-məşq toplanışlarının təşkili və hər iki ölkədə cüdonun inkişafını gücləndirmək üçün əməkdaşlıq imkanları müzakirə edilib. Müasir məşqçilik metodları üzrə təcrübə mübadiləsi və idmançıların inkişaf proqramları istiqamətində əməkdaşlığın vacibliyi vurğulanıb.