20 Sentyabr 2024 02:26

“Formula 1”: Azərbaycan Qran-prisində Maqnusseni bu pilot əvəzləyəcək

Azadsöz.az xəbər verir ki,  “Formula 1” üzrə Azərbaycan Qran-prisində “Haas” komandasında danimarkalı Kevin Maqnusseni əvəzləyəcək pilot müəyyənləşib.

Bu barədə ABŞ təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

K.Maqnusseni 19 yaşlı britaniyalı pilot Oliver Berman əvəzləyəcək. Beləliklə, Berman “Formula 2” yarışını buraxmalı olacaq.

Qeyd edək ki, Kevin Maqnussen İtaliya Qran-prisində iki cərimə xalı aldğı üçün Bakıdakı yarışda iştirak etməyəcək. O, artıq 12 cərimə xalı topladığı üçün avtomatik diskvalifikasiya edilib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 13-15-i aralığında təşkil olunacaq.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com