Azadsoz.az xəbər verir ki, avqustun 25-də saat 20 radələrində İsmayıllı rayonunun Basqal kəndi ərazisində “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.
Nəticədə sürücü, 1966-cı il təvəllüdlü Rəfad Cəbrayılov aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb.(apa)