20 Sentyabr 2024 03:57

Beyləqanda avtomobil ehtiyat hissələrinin satışı mağazası yandı

Azadsoz.az xəbər verir ki, yanğın  hadisəsi  Beyləqan şəhərində  avtomobil ehtiyat hissələri mağazasında  baş  verib.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Beyləqan Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Belə ki, birmərtəbəli 2 otaqlı ümumi sahəsi 45 m² olan avtomobil ehtiyat hissələri mağazasının dam örtüyü, sahəsi 20 m² olan otağın yanar konstruksiyaları və içərisindəki ehtiyat hissələri yanıb. Yüksək temperaturdan bitişik, ümumi sahəsi 150 m² olan mebel mağazasının lambirdən ibarət tavanı 20 m² sahədə əriyib.

Mağazaların qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com