Azadsöz.az xəbər verir ki, 119 seçki dairəsini əhatə edən 1000 seçki məntəqəsində quraşdırılmış veb-kameraların tənzimlənməsi prosesi aparılır.
Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.
O qeyd edib ki, bütün texniki addımların atılması və veb-kameraların siyahısının dərc olunması təmin ediləcək.