Azadsöz.az xəbər verir ki, müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin müsahibə mərhələsinin sonuncu günündə – avqustun 22-də ingilis dili və coğrafiya fənləri üzrə müsahibələr təşkil edilib.
Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən bildirilib ki, müsahibələrə 167 nəfər dəvət olunub.
Onlardan 161 nəfəri müsahibə mərhələsində iştirak edib.