20 Sentyabr 2024 15:37

Vətən müharibəsi şəhidinin anası vəfat edib

Azadsöz.az xəbər verir ki, Vətən müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Orxan Cabbarovun anası Yeganə Rüstəmova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. 

Qeyd edək ki, 1995-ci il təvəllüdlü Orxan Cabbarov 44 günlük Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Hadrutun, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şuşa döyüşləri zamanı şəhid olub.

Ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Ailəli idi. Bir oğlu yadigar qalıb.

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com