Azadsöz.az xəbər verir ki, Moldova Xarici İşlər Nazirliyi respublika ərazisində Ukrayna Silahlı Qüvvələri üçün F-16 qırıcılarının yerləşdirilməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.
Bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Nazirliyin rəsmi açıqlamasında bu məlumatın həqiqətə uyğun olmadığı bildirilir.
Moldova silah və hərbi texnika, o cümlədən Ukrayna üçün nəzərdə tutulan təyyarələri qəbul etmir və qəbul etməyəcək”, – Moldova XİN məlumatında qeyd edilib.