25 Noyabr 2024 08:02

Qurbanov, Berdıyev və Qriqorçuk geriləyib – Dünya reytinqi

Azadsöz.az xəbər verir ki, Dünyanın ən güclü məşqçilərinin siyahısında dəyişikliklər olub.

Siyahıda planetin 500 ən güclü mütəxəssisi yer alıb.

Cədvəldə yeganə azərbaycanlı Qurban Qurbanovdur. “Qarabağ”ın baş məşqçisi 1668 xala malikdir. O, dünyada 147-cidir. 52 yaşlı mütəxəssis ötən cədvəllə müqayisədə 7 xal itirib və 9 pillə geriləyib.

Qurbanov ölkəmizdə çalışan və “Top-500”ə düşən yeganə baş məşqçi deyil. “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev 1790 xalla dünyada 57-cidir. O, 6 xal itirməklə 2 pillə geriləyib.

Millimizi çalışdıran Fernandu Santuşun mövqeyi dəyişməz qalıb. Portuqaliyalı 1624 xalla siyahıda 183-cüdür.

“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk 1480 xalla 421-cidir. İki pillə geriləyən ukraynalı bir xal itirib.

Qeyd edək ki, siyahıya “Mançester Siti”nin 2240 xala malik çalışdırıcısı Pep Qvardiola başçılıq edir.

Ankara escort İstanbul Travesti Shemale İstanbul