22 Noyabr 2024 08:35

Rusiya tərəfdaşlarına “İsgəndər” satacaq

Azadsöz.az xəbər verir ki,  Rusiya strateji tərəfdaşlarına “İsgəndər” raket sistemlərini tədarük etməyə hazırdır.

Rus KİV-lərinə istinadən xəbər verir ki, bunu “Rosoboroneksport”un rəhbəri Aleksandr Mixeyev “Ordu-2024” beynəlxalq hərbi-texniki forumunda deyib.

Onun sözlərinə görə, şirkət artıq bu yüksək texnologiyalı silahların tədarükü üçün müraciətlər qəbul edir və maraqlı ölkələrlə əməliyyatların şərtlərini müzakirə etməyə hazırdır.

Qeyd edək ki, avqustun 12-dən 14-dək Rusiyanın Moskva vilayətində keçirilən “Ordu-2024” Beynəlxalq Hərbi-Texniki Forumunda 83 dövlətin nümayəndə heyəti iştirak edir.

Bildirilib ki, 83 ölkədən gələn nümayəndə heyətinin 39-na müdafiə nazirləri və Baş Qərargah rəisləri rəhbərlik edir.

Forumda Belarus, İran, Hindistan və Çinin müdafiə sənayesi müəssisələrinin ekspozisiyaları və fərdi stendləri nümayiş etdiriləcək. Bundan əlavə, tədbirdə 120-dən çox xarici şirkətin təmsilçiləri də qatılıblar.

İstanbul trv istanbul travestileri