20 Sentyabr 2024 03:54

Olimpiya çempionumuz liderliyə yüksəldi – REYTİNQ

Azadsöz.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə Azərbaycan idmançılarının reytinq cədvəlini açıqlayıb.

Avqust üçün müəyyənləşən siyahının ilk “üçlüy”ündə dəyişiklik olub.

Cədvəldə Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi olan Hidayət Heydərov liderliyi ələ keçirib. Onun hesabında 600 xalı var. İkinci pillədə bədii gimnastika üzrə qrup hərəkətləri komandası (510 xal) qərarlaşıb. “Üçlüy”ü isə idman gimnastı Nikita Simonov (430 xal) qapayır.

Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən, 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com