Azadsöz.az xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken HƏMAS-ın siyasi bürosunun başçısı İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İrana cavab tədbirləri görməkdən imtina etmək ismarıcını göndərib.
Bu barədə CNN telekanalı məlumat yayıb.
Telekanal bildirib ki, Blinken bu ricanı Qatar hökumətinin başçısı, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Tani vasitəsilə edib.
Dövlət katibi Qatar hökimətinin başçısından xahiş edib ki, onun ismarıcını İran tərəfinə və “Hizbullah”ın Livandakı şiə hərəkatına çatdırsınlar.
Qeyd edək ki, bu gün “Financial Times” ABŞ və Avropa İttifaqının (Aİ) yüksək vəzifəli diplomatlarının Yaxın Şərqdə yaranmış vəziyyətlə əlaqədar təcili danışıqlar apardıqları barədə məlumat yayıb. Məlumata əsasən, iyulun 31-də Aİ-nin xarici siyasət xidməti başçısının müavini Enrike Mora və Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk Tehran və Səudiyyə Ərəbistanında danışıqlar aparıb. Müzakirələr, əsasən, İranın HƏMAS liderinin ölümünə bais olan hücuma reaksiya verməməsinə və ya “rəmzi hərəkətlərlə” kifayətlənməsinə inandırmağa həsr olunub.