19 Sentyabr 2024 20:39

Nizami rayonunda obyektdə yanğın baş verib

Azadsöz.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-nin qüvvələri çağırış üzrə cəlb olunublar.

Fövqəladə Hallar Nazirliyindən (FHN)  bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində obyektdə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com