Azadsöz.az xəbər verir ki, FHN-in “112” qaynar xəttinə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən ictimai iaşə obyektində yanğın baş verməsi barədə məlumat daxil olub.
Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
FHN qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın qısa müddətdə məhdudlaşdırlıb.
Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
XXX
14:53
Azadsöz.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “8-ci kilometr bazar”ının yaxınlığında yerləşən ticarət mərkəzlərindən birində baş verən yanğın səbəbindən prospektin hər iki istiqamətində yolda sıxlıq yaranıb.
Avtomobillərin rahat hərəkətini təmin etmək üçün yol polisi tərəfindən işlər görülür.