Azadsöz.az xəbər verir ki, paytaxtın abadlaşması prosesində bürünc, mərmər və qranitdən ucaldılan monumental heykəllərin bərpa və təmir edilərək əvvəlki görkəmlərinə qaytarılması nəzərdə tutulub.
Bu barədə Bakı Abadlıq Xidməti məlumat yayıb.
Bildirilib ki, bir müddət əvvəl Mədəniyyət Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhərdəki heykəllərin monitorinqi keçirilib:
“Baxış zamanı müəyyən olunub ki, bəzi heykəllərin bərpa olunmasına ehtiyac var. Qərara alınıb ki, heykəllərin orijinal vəziyyətə gətirilməsi ilə ixtisaslaşmış texniki heyət məşğul olacaq. Yaxın günlərdə işə start veriləcək. Proses zamanı heykəllər heç bir fiziki təsirə məruz qalmaycaqlar”.
Monitorinq nəticələrinə əsasən, Mirzə Ələkbər Sabir, Həzi Aslanov, Cəfər Cabbarlı, Nizami, Məhəmməd Füzuli, Qara Qarayev, Rixard Zorge, Hüseyn Cavidin heykəlləri də daxil olmaqla ümumilikdə Bakıda 20-yə qədər abidə bərpa olunacaq.