23 Noyabr 2024 21:04

Qaxda fəaliyyət göstərən pivə zavodunda bir sıra nöqsanlar aşkarlanıb-İstehsalı dayandırıldı (FOTOLAR)

Azadsöz.az xəbər verir ki, Qaxda “Qafqaz Beer CO” MMC-yə məxsus pivə istehsalı müəssisəsində yoxlama keçirilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) “Qafqazinfo”ya verilən məlumata görə, müəssisədə sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulmasına dair ciddi nöqsanlar aşkarlanıb.

Belə ki, müəssisədə istehsal edilən pivə məhsullarının doldurularaq satışa çıxarıldığı çəlləklərin üzərində etiket məlumatlarının (istehsal tarixi, son istifadə müddəti, saxlanma şəraiti, tərkibi və s.) qeyd olunmadığı müəyyən edilib.

Həmçinin anbar sahəsində temperatur və rütubətin nəzarətdə saxlanılmadığı, havalandırma sistemlərinin quraşdırılmadığı, istehsalat sahəsində səthlərin gigiyenik və yuyulabilən üzlüklə üzlənmədiyi, işçilərin gigiyenik təlimə cəlb olunmadığı və xüsusi geyim formasından (bone, əlcək və s.) istifadə etmədən çalışdıqları, məhsulların dövri olaraq laborator müayinələrə cəlb edilmədiyi aşkarlanıb.

Faktla bağlı inzibati xəta haqqında protokol tərtib edilib. Müəssisədə istehsalın və hazır pivə məhsulunun satışının dayandırılması ilə bağlı “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” Qərar qəbul edilib.

Həmçinin müəssisədə süzülmüş pasterizə edilməmiş pivədən nümunə götürülərək müayinələrin aparılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.

 

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul