23 Noyabr 2024 17:51

Polkovnik rektor təyin edildi

Azadsöz.az xəbər verir ki, Heydər Əliyev adına Hərbi İnstituta rektor təyin edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, polkovnik Ümidvar Quliyev institutun rektoru təyin edilib.

Polkovnik Ümidvar Quliyev Vətən müharibəsində şücaət göstərən hərbçilərdəndir. O, müharibədən sonra “Qarabağ” ordeni ilə təltif edilib.

Müdafiə Nazirliyində aparılan kadr islahatları ilə son vaxtlarda bir neçə Vətən müharibəsi iştirakçısı yüksək vəzifəyə təyin edilib.

Qeyd edək ki, Heydər Əliyev adına Hərbi İnstitutun rektoru general-mayor Füzuli Salahov vəzifəsindən azad edilib. General F.Salahov son yaş həddi ilə bağlı təqaüdə göndərilib. İnstitutun rektoru vəzifəsinin icrası Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanova həvalə edilmişdi.

Ankara escort İstanbul Travesti Shemale İstanbul