08 Sentyabr 2024 03:51

Ağcabədidə ağır qəza – “Kamaz” sexə çırpıldı: Hadisə yerindən görüntülər (VİDEO)

Azadsöz.az  xəbər verir ki,  “Kamaz” markalı yük avtomobili yol kənarındakı iri sexə çırpılıb. Nəticədə həm nəqliyyat vasitəsi, həm də sex yararsız hala düşüb.

Qəza nəticəsində “Kamaz”ın yol kənarında dayanan minik avtomobillərini də əzdiyi kadrlarda əksini tapıb.

Xoşbəxtlikdən ölən və xəsarət alanın olmadığı bildirilir.

Qəza yerindən görüntülər: