22 Noyabr 2024 05:06

Göyçayın bu ərazilərində “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı ağacəkmə aksiyası keçirildi-FOTO

Göyçay rayonunda Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq rayonda yaşıllıq zolaqlarının salınması və  müxtəlif  növ  dekorativ güllərin əkilməsi   işləri  davam  etdirilir.

Azadsöz.az xəbər verir ki, 29 oktyabr  tarixində  Göyçay  Rayon İcra Hakimiyyəti yanında  Şəhər Təsərrüfatı Birliyinin  Yaşıllaşdırma  Sahəsinin işçi  kollektivi tərəfindən rayonun Heydər  Əliyev  prospektində, Nizami, Rəsul Rza, M.Ə.Rəsulzadə küçələrində ağacəkmə aksiyası keçirilib.

Əkilməsi  nəzərdə  tutulan  ağacların  yerləri müəyyənləşdirilib, çalalar qazılıb və digər zəruri hazırlıq  görülüb.Daha  sonra  46 ədəd akasiya ağacı əkilib. Yeni əkilən  ağaclara küləkdən qorunması üçün dirəklər basdırılıb, suvarılıb.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasının məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.

Ağacəkmə aksiyası növbəti günlərdə də davam etdiriləcəkdir.

 

İstanbul trv istanbul travestileri