08 Sentyabr 2024 03:55

Diri Baba türbəsi bərpa ediləcək

Azadsöz.az  xəbər  verir  ki, Qobustan rayonundakı Diri Baba türbəsi bərpa ediləcək və ətrafı abadlaşdırılacaq.

Görüləcək işlər çərçivəsində ərazidə arxeoloji qazıntılar aparılacaq, abidəyə qalxan pilləkan, qəbirstanlıq ətrafındakı məhəccər, abidə qarşısında beton sahə, piyada yolu, abidənin üst hissəsində metal hasar, giriş hissədəki şlaqbaum təmir ediləcək.