08 Sentyabr 2024 03:54

Şəkidə tövlə və ot bağlaması yanıb

Azadsöz.az xəbər verir ki, Şəki şəhərinin Çayqaraqoyunlu kəndində  yanğın hadisəsi  baş  verib.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Şəki Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Bildirilib ki, ümumi sahəsi 112 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 2 ton ot bağlamasının 1.2 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.