08 Sentyabr 2024 03:44

Beyləqanda sexdə yanğın baş verib

Azadsöz.az xəbər verir ki, Beyləqan rayonunda  sexdə  yanğın  hadisəsi  baş  verib.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Beyləqan Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Bildirilib ki, ümumi sahəsi 456 m² olan birmərtəbəli sexin içərisində yerləşən ümumi sahəsi 9 m² olan ofisin icərisindəki ofis əşyaları yanıb.Yüksək temperaturdan 1 ədəd kondisioner qismən əriyib.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.