Azadsöz.az xəbər verir ki, iyulun 17-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.
YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iclasın gündəliyi haqqında məlumat açıqlayıb.
İclasda ilk olaraq Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədlərin irəli sürülməsi məsələsinə baxılıb.
Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa irəli sürülmüş namizədlərin adları açıqlanıb. Siyahıda Yeni Azərbaycan Partiyasından Göyçay rayonu üzrə namizədliyini irəli sürən namizədlərin adları məlum olub.
1) 91 saylı Göyçay Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürən- Əkbərov Fərid Əkbər oğlu
2) 92 saylı Göyçay – Ağdaş Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürən- Məmmədyarova Firəngiz Rafiq qızı
Səbuhi Eltonlu