19 Sentyabr 2024 21:06

Lerikdə kafenin fəaliyyəti məhdudlaşdırıldı-FOTO

Azadsöz.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Lerik şəhəri, C.Şahıyev küçəsində fəaliyyət göstərən, fiziki şəxs Mirzəyev Elçin Hüseynbala oğluna məxsus “El Üçün” kafesində keçirilmiş planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Yoxlama zamanı kafedə mənşəyi məlum olmayan və istifadə müddəti bitmiş məhsullar, həmçinin qanunvericiliyin tələbləri pozularaq etiket məlumatlarında “müalicəvi” sözü qeyd edilən 11 litr alkoqolsuz içki aşkarlanıb.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsulların satışının qadağan edilməsi və məhv edilməsi barədə qərar qəbul olunub, kafenin fəaliyyəti məhdudlaşdırılıb.

 

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com