Azadsöz.az xəbər verir ki, Mingəçevir şəhərində “Günel” şadlıq sarayında yanğın hadisəsi baş verib.
Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Mingəçevir şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin 4 yanğınsöndürmə avtomobili və canlı qüvvəsi cəlb olunub.
Bildirilir ki, ümumi sahəsi 600 m² olan birmərtəbəli şadlıq evinə bitişik sahəsi 200 m² olan mətbəxin dam örtüyünün yanar konstruksiyaları 150 m² sahədə və içərisindəki əşyalar 100 m² sahədə yanıb.
Mətbəxin qalan hissəsi və bitişik şadlıq evi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.