27 Noyabr 2024 17:41

Baş Prokurorluq Masallıda konfrans keçirəcək

Azadsöz.az xəbər verir ki, Baş Prokurorluq Masallıda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçirəcək.

Bu barədə  Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 18-də təşkil ediləcək konfransda 10-a yaxın regionun prokurorluqları, hüquq-mühafizə orqanlarının əməkdaşları, digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin məsul şəxsləri iştirak edəcək.

Tədbirdə, həmçinin dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və media arasında müzakirələr aparılacaq.

Toplantı çərçivəsində Masallı Rayon Prokurorluğunda “Açıq qapı” günü də olacaq.

Ankara escort İstanbul Travesti Shemale İstanbul