08 Sentyabr 2024 03:25

İlham Əliyev bu layihəyə 1,9 milyon manat ayırdı – SƏRƏNCAM

Azadsöz.az xəbər verir ki, Prezident İlham Əliyev “Sağlam məhəllə” layihəsinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, “Sağlam məhəllə” layihəsi çərçivəsində cari ildə 25 şəhər və rayonda açıq meydançaların tikintisi və avadanlıqla təchizatı işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ilkin olaraq 1,9 milyon (bir milyon doqquz yüz min) manat vəsait ayrılıb.

Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.