Azadsöz.az xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə Orxan Abbasov Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
O, bu vəzifədə ötən il işdən çıxarılan Əhəd Abıyevin yerinə təyin edilib.
Orxan İrşad oğlu Abbasov ABŞ-ın Qərbi Miçiqan Universitetini bitirib.
O.Abbasov Azərbaycan Respublikası Təhsil Nazirliyində müxtəlif vəzifələrdə fəaliyyət göstərib.
O, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini olub.
Orxan Abbasovun atası İrşad Abbasov Azərbaycan Texnologiya Universitetinin Qiyabi və əlavə təhsil sektorunun müdiridir.
İrşad Abbasov bundan əvvəl Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru işləyib.