Azadsöz.az xəbər verir ki, 12 iyul tarixində rayonun Mırtı kəndində 17 yaşlı Nihat Nəsirov şəxsi münasibətlər zəminində aralarından yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi bıçaqla həmyaşıdı Hacı Hacıyevə xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, əməli törədən şəxs saxlanılaraq izahatı alınıb, xəsarətlə bağlı məhkəmə-tibbi ekspertiza təyin olunub.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Səbuhi Eltonlu