Azadsöz.az xəbər verir ki, “Russneft” Azərbaycandakı aktivlərə nəzarət edən şirkətləri öz strukturundan çıxarıb.
Qərar “Britaniya-Virciniya GEA Holdings Limited”ə də təsir edib.
“Russneft” həmçinin GEA ilə əlaqəli Kiprin “Cypriot Global Energy Cyprus Limited” və Kayman adalarından dörd şirkətindən: “Kura Valley Holdings Ltd.”, “Karasu Operating Compan”, “Karasu Petroleum Company” və “Karasu Development Company”dən azad olub. İlk iki şirkət Padar (Russneft 2019-cu ildə layihədən çıxıb), Mişovdağ və Kəlaməddin yataqlarının işlənməsində iştirak edib.
Qeyd edək ki, “Russneft” Azərbaycandakı layihələri prioritet hesab edirdi.