08 İyul 2024 19:54

Göyçayda maşın yol kənarındakı su arxına düşüb, sürücü xəsarət alıb

Azadsöz.az xəbər verir ki, hadisə  ötən gecə  Çərəkə kənd ərazisində qeydə alınıb.

Belə ki, Çərəkə kənd sakini, 1997-ci il təvəllüdlü  Yusifov Mərhəmət  Əhliman oğlunun  idarə etdiyi  99 GA 727  dövlət nömrə nişanlı  “Mercedes”  markalı minik maşını ilə  hərəkətdə olarkən idarəetməni itirib və yol kənarındakı su arxına düşüb.

Hadisə yerinə Göyçay təcili tibbi yardım briqadasının əməkdaşları və polis cəlb olunub.

Qəza nəticəsində müxtəlif dərəcəli xəsarət alan sürücü Mərhəmət Yusifov  Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və həkim nəzarətinə götürülüb.

Səbuhi  Eltonlu