22 Noyabr 2024 23:25

Azərbaycanda gəmi hərraca çıxarılır – İlkin qiymət 900 min manat

Azadsöz.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 23 və 30 iyul tarixlərində hərrac keçirəcək.

Bu barədə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, hərraclara 4 səhmdar cəmiyyətinin səhm paketi, 34 nəqliyyat vasitəsi və müxtəlif növ avadanlıqlar çıxarılacaq.

23 iyul tarixində keçiriləcək hərraca çıxarılan səhmdar cəmiyyətləri sənaye, xidmət sahələrinə aiddir. Səhmdar cəmiyyətlərinin 30-44 faizlik səhm paketi özəlləşdirilməyə çıxarılıb.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin markaları müxtəlifdir. Onların sırasında gəmi də var. İlkin qiyməti 900 000 manat olan “B-98” layihəli “Vixr” tipli gəmi alıcılara təklif olunur. Hərraca çıxarılan avtomobillərin istehsal tarixi 1993-2019-cu illər arasında dəyişir.

Hərraca çıxarılan əmlakların siyahısı ilə https://clck.ru/3BfQrn linki vasitəsilə tanış olmaq mümkündür.

İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 %-i məbləğində behi ödəyərək iştirakçı statusu əldə etmək olar.

Ankara escort İstanbul Travesti Shemale İstanbul