23 Noyabr 2024 04:12

YAP-ın İdarə Heyəti iclas keçirdi – Səlahiyyətli nümayəndələr təyin olundu

Azadsöz.az xəbər verir ki, iyulun 3-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, Azərbaycan olduqca mühüm ictimai-siyasi proses ərəfəsindədir: “Bildiyiniz kimi, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə VI çağırış Azərbaycan Respublikası Milli Məclisi buraxılıb və növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib”.

Dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin böyük inkişaf yolu keçdiyini deyən YAP Mərkəzi Aparatının rəhbəri qeyd edib ki, dövlətimizin və xalqımızın qarşısındakı ən ümdə vəzifənin yerinə yetirilməsi – Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi müasir dövlətçilik tariximizin ən şərəfli səhifəsi və möhtəşəm tarixi nailiyyətimizdir. YAP Sədrinin müavini vurğulayıb ki, ölkəmizin qarşısında növbəti strateji hədəflərin gerçəkləşdirilməsi vəzifəsi dayanır.

YAP-ın avanqard siyasi qüvvə olaraq hər zaman ictimai-siyasi proseslərin önündə getdiyini söyləyən Tahir Budaqov partiyanın qarşıdan gələn parlament seçkilərinə də yüksək səviyyədə hazırlaşdığını qeyd edib.

Daha sonra iclasın gündəliyində olan məsələlər haqqında məlumat verilib.

İclasda ilk olaraq “Azərbaycan Respublikasının Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Tədbirlər Planı” müzakirə edilərək təsdiq olunub.

Sonra Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının yaradılması və onun tərkibinin təsdiq edilməsi məsələsi müzakirə olunub. Müzakirələrdən sonra 21 nəfərdən ibarət YAP Mərkəzi Seçki Qərargahının yaradılması haqqında qərar qəbul olunub.

İdarə Heyətinin qərarı ilə Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi də təyin olunub, səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə edəcək şəxslər müəyyən edilib.

İclasın sonunda YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə qələbə əzmi ilə qatıldığını vurğulayıb və bu prosesdə partiya üzvlərinə uğurlar arzulayıb.

Ankara escort İstanbul Travesti Shemale İstanbul