Azadsöz.az xəbər verir ki, Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.
Qeyd olunur ki, V.Putinlə və R.T.Ərdoğan iki ölkə arasındakı mövzuları müzakirə ediblər.
Görüşdə xüsusən ticari-iqtisadi əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub.
Liderlər həmçinin Ukrayna və Suriyadakı vəziyyəti də müzakirə ediblər.