Azadsöz.az xəbər verir ki, 1 iyul 2024-cü il tarixində Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Yaşıllaşdırma Sahəsi tərəfindən rayonun N.Nərimanov və M.Ə.Rəsulzadə küçələrinin kəsişməsində yerləşən M.Ə. Sabir bağında növbəti iş görülüb.
Belə ki, mövsümə uyğun olaraq parkın ot örtüyü biçilərək səliqəyə salınıb.
Qeyd edək ki, rayonda yaşıllıq zolaqlarının mühafizəsi və onlara qulluq göstərilməsi qrafikə uyğun olaraq müntəzəm davam etdirilir.