03 İyul 2024 11:10

Tanınmış xanım təlimçi qəzaya düşdü

Azadsöz.az xəbər verir ki, tanınmış təlimçi Arzu Kürsüm Babazadə qəzaya düşüb.

O, bununla bağlı hadisə yerindən video lentə alıb.

O qeyd edib ki, avtomobilinin qəza işıqlarını yandırıb yolun kənarında saxladığı halda arxadan gələn “Jiquli” markalı avtomobil onun avtomobilinə çırpılıb.

Avtotəlimçi bildirib ki, hadisə Bakı-Sumqayıt yolunun Ceyranbatan su anbarını keçən hissəsində baş verib.

O qeyd edib ki, hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.