05 İyul 2024 19:57

Salyanda qəza – Yaralılar var

Azadsöz.az xəbər verir ki, hadisə rayonun Şorsulu kənd ərazisində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1961-ci il təvəllüdlü Raziya Abasağa qızı Quliyeva, 1961-ci il təvəllüdlü Bəhram Pilağa oğlu Quliyev, 2011-ci il təvəllüdlü Kənan Seymur oğlu Cavadov və 2023-cü il təvəllüdlü Fidan İlkin qızı İsmayılzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (report)