Azadsöz.az xəbər verir ki, Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Avstriya və Türkiyə yığmaları arasında 1/8 final görüşü başa çatıb.
Leyptsiqdəki “Red Bull Arena”da “ay-ulduzlular” qələbə qazanıblar – 2:1.
Türkiyə millisinin heyətində 1-ci və 59-cu dəqiqələrdə fərqlənən Merih Demiral dubl müəllifi olub. 66-cı dəqiqədə avstriyalılardan Mixael Qreqoriç yekun hesabı müəyyənləşdirib.
Qələbə qazanan Türkiyə millisi 1/4 finalda Niderlanda rəqib olub.